07 İyul 2026
Ölkə futbolu

“Qarabağ”da oynamış qapıçı Premyer Liqa klubu ilə anlaşdı 

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Qarabağ”ın sabiq qapıçısı Sadiq Məmmədzadə ilə anlaşıb. Gənc qolkiper artıq komandadadır. O, yeni mövsümdə “İmişli” forması geyinəcək.

Futbolçu ötən mövsüm də bölgə təmsilçisinin düşərgəsində olsa da, transfer baş tutmamışdı.

S.Məmmədzadə keçən mövsümü  Azərbaycan I Liqa klubu “Difai”də keçirib. O, eyni zamanda U-21 millimizin də üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43