“Barselona” yenidən Rafael Leau ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona” Rafael Leaunu bu dəfə icarə və sonradan satınalma şərti ilə heyətinə qatmaq imkanını araşdırır.
Kataloniya klubu maliyyə vəziyyətinə görə birbaşa transfer etməkdə çətinlik çəkir. “Milan”ın isə uyğun təklif gələcəyi halda danışıqlara açıq olduğu bildirilir.
Leau ötən mövsüm bütün turnirlərdə 17 qol və 11 assistlə çıxış edib. Futbolçunun gələcəyinin yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.

