Qırğızıstanın “Ozgon” klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, “Səbail”in müdafiəçisi Səbayıl Bağırov karyerasını “Ozgon” klubunda davam etdirəcək. Bununla da Qırğızıstan təmsilçisində çıxış edən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib.
Xatırladaq ki, Orxan Əliyev, Ramin Əhmədov və İldar Ələkbərov da bu komandanın formasını geyinir.

