“Mançester Yunayted” “Vest Hem”in cinah oyunçusu Krisensio Summervilli transfer etmək üçün ilkin danışıqlara start verib.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu futbolçunu yay transfer pəncərəsində əsas hədəflərdən biri hesab edir. Lakin transferin baş tutması üçün əvvəlcə Markus Reşfordun komandadan ayrılması gözlənilir.
“Vest Hem” yüksək məbləğ tələb etdiyi üçün danışıqların asan keçməyəcəyi bildirilir. Summervill ötən mövsüm həm Premyer Liqada, həm də DÇ-2026-da uğurlu çıxışı ilə diqqət çəkib.
Ötən mövsüm o, klub səviyyəsində 39 oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

