“Araz Naxçıvan”dan ayrılan futbolçu Bəxtiyar Həsənalızadənin yeni klubu müəyyənləşib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu “İmişli” ilə razılıq əldə edib. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.
Rəsmi açıqlama yaxın günlərdə rəsmən açıqlanacaq.
Xatırladaq ki, 33 yaşlı futbolçu ötən mövsüm Naxçıvan klubunda 28 oyun keçirib və 2 qol vurub.
Həsən Quluzadə

