02 İyul 2026
Ölkə futbolu

“İmişli” Ağazadə ilə yolları ayırdı – RƏSMİ

İmişli” futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Abbas Ağazadə 2024-cü ildən “İmişli”də çıxış edirdi. O, bölgə təmsilçisində 50 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

Qeyd edək ki, “İmişli” yay fasiləsində Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, və Lətif Rzayevlə də yolları ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43