“Nyukasl” “Hoffenhaym”dan Fil Dişi Sahilinin cinah oyunçusu Bazumana Tureni transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu bu keçid üçün təxminən 50 milyon avro ödəyib. 20 yaşlı futbolçu ötən mövsüm Bundesliqada 30 oyunda 5 qol və 12 məhsuldar ötürmə ilə diqqət çəkib.
O, Entoni Qordonun gedişindən sonra əsas alternativ kimi heyətə cəlb olunub.

