“Fənərbağça” Dortmund “Borussiya”sının qolçusu Seru Qirassini transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu təklifini 35 milyon avroya qədər yüksəldib. 30 yaşlı hücumçu ötən mövsüm 44 oyunda 34 qol və 7 assistlə möhtəşəm performans göstərib.
Danışıqların sürətlə davam etdiyi bildirilir.

