01 İyul 2026
Ölkə futbolu

Macarıstanlı “Qarabağ”a bir addım da yaxınlaşdı – komanda yoldaşları ilə vidalaşdı

Macarıstanın “Nemzeti Sport” nəşri müdafiəçi Bense Varkonyinin “Qarabağ”a transferinin yekunlaşmaq üzrə olduğunu yazıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisinin Azərbaycan klubu “Qarabağ”a keçəcəyi bildirilir. Mənbənin iddiasına əsasən, Varkonyi artıq “Zalaeqerseq”dəki komanda yoldaşları ilə vidalaşıb.

Ağdam təmsilçisi transfer üçün qarşı tərəfə 1 milyon avroya yaxın təzminat ödəyəcək. Futbolçu ilə müqavilənin 3 il müddətinə olacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43