30 İyun 2026
Dünya futbolu

“Tottenhem”dən rekord transfer

“Tottenhem” heyətini yeni ulduz futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandeşi 85 milyon funt sterlinq qarşılığında transfer edib. Bu, klub tarixinin ən bahalı keçidi hesab olunur.

Portuqaliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Onun transferi uğrunda “Mançester Yunayted”, “Arsenal” və “Real” da mübarizə aparırdı.

“Tottenhem” yeni mövsümdə iddialı heyət formalaşdırmaq üçün transfer çalışmalarını davam etdirir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43