“Real” “Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançesin transferi ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya nəhənginin yaxın günlərdə İstanbul klubu ilə rəsmi təmasa keçəcəyi bildirilir. Təcrübəli müdafiəçi ilə İtaliyanın “Komo” klubu da yaxından maraqlanır.
29 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 5 qol vurub və müdafiənin dəyişməz üzvü olub.

