29 İyun 2026
Dünya futbolu

“Arsenal”dan Bruno Gimaraeş üçün 60 milyonluq təklif

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşi transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi braziliyalı futbolçu üçün 60 milyon funt sterlinqlik rəsmi təklif göndərib. “Nyukasl” rəhbərliyi futbolçunun müqaviləsində sərbəstqalma maddəsinin olmadığını və onu satmaq niyyətində olmadığını bildirir.

Buna baxmayaraq, yüksək məbləğli təkliflər gəlsə, vəziyyət dəyişə bilər.

Bruno ötən mövsüm 45 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43