29 İyun 2026
Dünya futbolu

“Yuventus”dan ayrılacaq hücumçu klub axtarır

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yenidən transfer bazarının əsas mövzularından birinə çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, serbiyalı forvardın menecerləri onu “Barselona”ya təklif ediblər. Kataloniya təmsilçisi Robert Levandovskinin uzunmüddətli əvəzləyicisini axtarsa da, Vlahoviç hazırda əsas namizəd hesab olunmur.

Bununla belə, münasib maliyyə şərtləri yaranacağı halda transfer variantı dəyərləndirilə bilər.

26 yaşlı hücumçu ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 43 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43