Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gəlib.
“In Gernot Langes” stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın “Xarkov” və Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.
Yoxlama matçı
“Tirol” – “Qarabağ” 0:4
Qollar: Zakaria Savo,42, 54, 56, Kamilo Duran, 51

