27 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Avstriya klubuna qarşı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək.

“In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və “Sport TV”də canlı yayımlanacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın “Xarkov” və Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43