PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını yenidən “Yuventus”da davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu 27 yaşlı fransalı futbolçu ilə şəxsi müqavilənin əsas şərtləri üzrə razılığa gəlib. Kolo Muaninin illik təxminən 5 milyon avro qazanacağı bildirilir.
Tərəflər arasında şəxsi razılıq əldə olunsa da, transferin rəsmiləşməsi üçün “Yuventus” və PSJ klubları maliyyə şərtlərini razılaşdırmalıdır.
“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 20 milyon avro qiymətləndi

