“Mançester Yunayted”in gənc qapıçısı Radek Vitek yay transfer pəncərəsində komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqaya yüksələn “Hall Siti” futbolçu ilə maraqlanır. 22 yaşlı qolkiper daha çox oyun praktikası qazanmaq istədiyini gizlətmir.
İngilis mətbuatına görə, tərəflər arasında ilkin təmaslar artıq baş tutub.

