UEFA Fransanın “Marsel” klubuna qarşı ciddi tədbirlər görməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, səbəb klubun maliyyə qaydalarını tam yerinə yetirməməsidir. Məlumata görə, “Marsel” növbəti üç mövsümdən birində avrokuboklardan kənarlaşdırıla bilər.
Bundan başqa, yeni futbolçuların qeydiyyatı ilə bağlı məhdudiyyətlərin tətbiqi də mümkündür.
Klubun böyük məbləğdə cərimə ödəyəcəyi də bildirilir.

