Niderland və Tunis milliləri arasında keçiriləcək dünya çempionatı oyunu hava şəraiti səbəbindən risk altına düşüb.
İdmanxeber.az-ın məlumatına görə, sinoptiklər qarşılaşmanın keçiriləcəyi ərazidə güclü yağış və ildırım proqnozlaşdırırlar. Yerli hakimiyyət orqanları daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
ABŞ qaydalarına əsasən, stadion ətrafında ildırım müşahidə olunarsa, oyun dayandırılmalıdır.
Daha əvvəl Fransa – İraq görüşü də eyni səbəbdən gec başlamışdı. Təşkilatçılar vəziyyəti diqqətlə izləyirlər.
Niderland – Tunis görüşü gecə saat 03:00-da start götürəcək.

