25 İyun 2026
Dünya futbolu

“Barselona” Qordon transferinin detallarını açıqladı

“Barselona”nın yay transfer pəncərəsində heyətinə qatdığı Entoni Qordonun keçidinin maliyyə detalları məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli vinger üçün ümumilikdə 80 milyon avro ödəniləcək. Bunun 70 milyon avrosu sabit məbləğ, 10 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.

Bonuslardan biri futbolçunun komanda ilə titul qazanacağı halda işə düşəcək. “Nyukasl” gələcək satışdan da müəyyən faiz əldə edəcək.

Qordon artıq 5 illik müqaviləyə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43