25 İyun 2026
Dünya futbolu

“Mançester Siti” Andersondan vaz keçmir

“Mançester Siti” uzun müddətdir izlədiyi “Nottinqem Forest”in futbolçusu Elliot Anderson transferindən əl çəkmir.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə çempionu yarımmüdafiəçi üçün yeni təklif hazırlayır. Əvvəlki yüksək məbləğli təklif rədd edilsə də, baş məşqçi Enzo Mareska futbolçunu heyətində görmək istədiyi bildirilir.

Andersonun özü də karyerasında növbəti addımı atmağa müsbət yanaşır. Tərəflər arasında danışıqların yaxın günlərdə yenidən sürətlənəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43