“Real”ın “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandeslə maraqlandığı bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslar qurub. London təmsilçisi argentinalını təxminən 120 milyon funt sterlinq dəyərində qiymətləndirir.
Transfer baş tutacağı halda yay pəncərəsinin ən bahalı keçidlərindən biri ola bilər.

