İngiltərənin iki nəhəngi transfer bazarında rəqibə çevrilib.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” və “Mançester Yunayted” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu izləyir. Gənc futbolçu ötən mövsüm göstərdiyi performansla diqqət çəkib.
Hər iki klub yaxın günlərdə rəsmi təklif göndərməyi planlaşdırır. “Bornmut” isə oyunçunu asanlıqla buraxmaq niyyətində deyil.
Transfer dəyərinin 60 milyon funt ətrafında olduğu bildirilir. Yayın maraqlı transfer mübarizələrindən biri gözlənilir.

