24 İyun 2026
Dünya futbolu

Harri Keyn “Barselona”ya “yox” dedi

“Barselona”nın “Bavariya”nın hücumçusu Harri Keyni transfer etmək cəhdi uğursuz alınıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi təcrübəli forvardın transferi ilə bağlı müraciət etsə də, futbolçu Almaniya klubunda qalmaq istədiyini bildirib.

İngiltərə millisinin üzvü son dövrlərdə nümayiş etdirdiyi yüksək məhsuldarlıqla diqqət çəkir. Klub rəhbərliyi də onu komandanın əsas simalarından biri hesab edir.

Daha əvvəl “Mançester Yunayted”in Keynin müqaviləsindəki mümkün çıxış bəndindən yararlanmaq istədiyi iddia olunsa da, futbolçu belə bir addım atmağa maraqlı deyil.

Harri Keynin yaxın gələcəkdə də “Bavariya”nın heyətində çıxış edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43