24 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Alex Skott üçün hərəkətə keçd

“Mançester Yunayted” Alex Skott üçün hərəkətə keçdi

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi “Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək üçün Alex Skottu gündəmə alıb. Klub skautları futbolçunun son çıxışlarını yaxından izləyir.

Rəhbərliyin yaxın vaxtlarda rəsmi təklif hazırlayacağı bildirilir. Transferin baş tutması üçün klubun ciddi maliyyə planı hazırladığı qeyd olunur.

Skottun da Premyer Liqada böyük klubda oynamağa müsbət yanaşdığı deyilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43