24 İyun 2026
Dünya futbolu

“Barselona” qapıçısı ilə yolları ayırdı

İspaniyanın “Barselona” klubu qapıçı İnyaki Penya ilə vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper karyerasını Yunanıstanın “Panatinaikos” klubunda davam etdirəcək.

Penya “Barselona”da 45 rəsmi oyuna çıxıb və 64 qol buraxıb. Klub ona xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43