Fransa nəhəngi PSJ yay transfer dövründə böyük hücumçu transferi etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, klubun 130 milyon avroya yaxın büdcə ayırdığı bildirilir. Paris təmsilçisinin bir neçə top-klub futbolçusunu izlədiyi və yaxın günlərdə rəsmi təklif göndərə biləcəyi qeyd olunur.
Komandanın məqsədi hücum xəttini gücləndirmək və yeni mövsümdə Çempionlar Liqasında uğur qazanmaqdır.
Transfer bazarında PSJ-nin hərəkətləri böyük maraq doğurub.

