23 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” Ayxan Hüseynovla yollarını ayırdı – RƏSMİ

“Turan Tovuz” Ayxan Hüseynovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının üzvünün klubla olan müqaviləsi başa çatıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ayxan Hüseynov 2022-ci ilin yayından “Turan Tovuz”da çıxış edirdi. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43