23 İyun 2026
Ölkə futbolu

Avrokuboklar: “Sabah”, “Qarabağ” və “Zirə”nin oyunlarının başlama saatları açıqlandı 

Azərbaycan klublarının avrokuboklardakı ilk oyunlarının başlama saatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah” Uels təmsilçisi TNS ilə iyulun 7-də Masazırda saat 20:00-da, cavab oyununu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində saat 21:30-da keçirəcək.

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” İslandiyanın “Vestri” klubu ilə ilk matçını iyulun 9-da Bakıda saat 20:00-da oynayacaq. Cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək və Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə iyulun 8-də Sumqayıtda saat 20:00-da üz-üzə gələcək. Cavab matçı isə iyulun 16-da Kutaisidə keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Neftçi”nin oyunlarının vaxtı hələ açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43