22 İyun 2026
Dünya futbolu

Rafinyanın gələcəyi yenidən müzakirə olunur

“Barselona”nın braziliyalı futbolçusu Rafinya transfer xəbərlərinin mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, son günlər onun Səudiyyə Ərəbistanına gedəcəyi barədə iddialar yayılıb. Lakin futbolçunun yaxınları bu məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.

Buna baxmayaraq, “Əl-Hilal”ın marağının davam etdiyi qeyd olunur. “Barselona” rəhbərliyi isə hələlik futbolçunun satışı ilə bağlı qərar verməyib.

Mövzunun yay transfer pəncərəsinin sonuna qədər gündəmdə qalacağı gözlənilir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43