21 İyun 2026
Ölkə futbolu

“Qarabağ” yeni qapıçısını açıqladı

Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Xorvatiyanın “Riyeka” klubundan qapıçı Martin Zlomisliçin keçidini açıqlayıb. Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Əlavə edək ki, 2024-cü ildə ölkəsinin milli komandasında debüt edən qolkiper 3 dəfə yığmanın formasını geyinib.

O, həmçinin Dünya Çempionatına yollanan Bosniya və Herseqovina seçməsinin heyətində yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43