19 İyun 2026
Ölkə futbolu

“Neftçi” legioneri ilə yolları ayırdı – RƏSMİ 

“Neftçi” futbolçusu Cordan Rezabala ilə yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ekvadorlu yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Rezabala “Neftçi”də 26 rəsmi oyun keçirib.

Xatırladaq ki, “Neftçi” yay fasiləsində Vensan Abubakar, Edvin Kuç, Kristian Kosti və Murad Məmmədovla da vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43