19 İyun 2026
Dünya futbolu

“Everton” “Çelsi”nin futbolçusunu istəyir

“Everton” yay transfer dönəmində hücum xəttini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, klubun əsas hədəflərindən biri “Çelsi”yə məxsus Liam Delapdır. Liverpul təmsilçisi futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir. Eyni zamanda, “Çelsi”nin “Everton”un cinah oyunçusu İliman Ndiaye ilə maraqlandığı bildirilir.

Tərəflər arasında müxtəlif transfer ssenariləri müzakirə olunur. Danışıqların yaxın həftələrdə sürətlənəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43