“Portu”nun qapıçısı Diogo Kosta yenidən transfer gündəminə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” portuqaliyalı qolkiperin vəziyyətini yaxından izləyir. London klubu qapıçı mövqeyində uzunmüddətli həll yolu axtarır. Diogo Kosta son illərdə Avropanın ən stabil qapıçılarından biri hesab olunur.
“Portu” rəhbərliyi futbolçunu satmaq üçün yüksək məbləğ tələb edir. Yay transfer pəncərəsində tərəflər arasında danışıqların başlaması istisna edilmir

