18 İyun 2026
Kateqoriyasız

Kartal baş məşqçi, Kuyt köməkçisi oldu – Fənərbağça” açıqladı

Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi komandanın sükanı arxasına İsmail Kartalı gətirib. Təcrübəli mütəxəssis bununla da karyerasında dördüncü dəfə “sarı-lacivərtlilər”i çalışdıracaq. Klub rəhbərliyi yeni mövsümdə çempionluq hədəfinə çatmaq üçün məhz Kartala etibar edib. Onun köməkçisi komandanın sabiq üzvü Dirk  Kuyt olacaq.

63 yaşlı çalışdırıcı daha əvvəl də “Fənərbağça”da uğurlu nəticələri ilə diqqət çəkib. O, 2023/24 mövsümündə komandanı 99 xal toplamasına baxmayaraq, çempion edə bilməmişdi. Son olaraq İranın “Persepolis” klubunda çalışan Kartal yenidən Türkiyə nəhənginə qayıdıb.

Qeyd edək ki, İsmail Kartal daha əvvəl üç müxtəlif dövrdə “Fənərbağça”nın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43