17 İyun 2026
Dünya futbolu

“Atletiko” 150 milyonluq təklifi təsdiqlədi – Qərarını verdi 

Madrid “Atletiko”sunun prezidenti Enrike Sereso Xulian Alvareslə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri argentinalı hücumçu üçün “Real”dan 150 milyon avroluq təklif aldıqlarını təsdiqləyib. Bununla belə, paytaxt təmsilçisi bu təklifi qəbul etməyib.

Sereso futbolçunun komandada qalacağını və müqaviləsinin qüvvədə olduğunu vurğulayıb. O, həmçinin Alvaresin sərbəstqalma məbləğinin 500 milyon avro olduğunu xatırladıb.

İspaniya mətbuatı isə “Barselona”nın da futbolçu ilə maraqlandığını yazır


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43