17 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin 3 oyunu canlı yayımlanacaq!

“Neftçi”nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib. Paytaxt təmsilçisi iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

İdmanxeber.az-a verilən məlumata görə, azarkeşlər bu oyunlardan 3-nə canlı baxa biləcəklər. “Neftçi TV” qarşılaşmaları canlı yayımlayacaq.

Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43