“Monako”nun futbolçusu Manyaş Akliuşun yayda klubunu dəyişə biləcəyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçunun “Liverpul”a keçidə müsbət yanaşdığı vurğulanır. İngilis klubu onu əsas transfer hədəflərindən biri hesab edir.
Akliuşun nümayəndələri artıq müxtəlif variantları dəyərləndirir. “Monako”nun yüksək məbləğ tələb edəcəyi gözlənilir.
Danışıqların yaxın həftələrdə sürətlənməsi mümkündür.

