16 İyun 2026
Ölkə futbolu

“Zirə” kapitanı ilə müqavilə uzatdı – RƏSMİ

“Zirə” kapitanı, Azərbaycan millisinin üzvü Qismət Alıyevlə müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qismət Alıyev 2020-ci ildən “Zirə”də oynayır.

Xatırladaq ki, paytaxt təmsilçisi bunadək Eren Aydınla, Davit Volkov,  Aydın Bayramov, Elçin Əlicanov və Enrike Kustodio ilə də müqaviləni uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43