16 İyun 2026
Dünya futbolu

Paytaxt təmsilçisi hücumçu aldı

İtaliyanın “Roma” klubu hücum xəttini Donyell Malenlə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Niderland millisinin üzvü İngiltərənin “Aston Villa” klubundan transfer olunub. Transfer məbləğinin 30 milyon avroya yaxın olduğu bildirilir.

Futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Paytaxt təmsilçisi yeni mövsümdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni gücləndirməyi planlaşdırır. Malenin əsas transfer hədəflərindən biri olduğu vurğulanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43