Almaniya çempionu “Bavariya” yay transfer pəncərəsində mühüm keçidə imza atmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, PSV-nin yarımmüdafiəçisi İsmail Saibarinin Münhen klubuna keçidinin tamamlandığı bildirilir.
Mərakeş millisinin üzvünün 2031-ci ilə qədər müqavilə imzaladığı qeyd olunur. Transfer haqqının təxminən 55 milyon avro təşkil etdiyi vurğulanır. Rəsmi açıqlama hələ verilməsə də, Almaniya və Avropa mətbuatı keçidi artıq başa çatmış anlaşma kimi təqdim edir.
25 yaşlı futbolçu son mövsümdə PSV-nin əsas simalarından biri olub. Onun yarımmüdafiədə yaradıcılığı və qol potensialı “Bavariya”nın diqqətini cəlb edib. Baş məşqçi Vensan Kompaninin bu transferin gerçəkləşməsində mühüm rol oynadığı bildirilir

