İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsində ilk ciddi transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi Almaniyanın “Bayer” klubundan Piero İnkapyeni heyətinə qatıb. Ekvador millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalanıb. Transfer üçün təxminən 45 milyon funt-sterlinq ödənildiyi bildirilir.
23 yaşlı futbolçu son mövsümlərdə Bundesliqanın ən sabit müdafiəçilərindən biri hesab olunurdu. Onun həm mərkəz müdafiəçisi, həm də sol cinahda oynaya bilməsi məşqçilər korpusunun diqqətini cəlb edib.

