15 İyun 2026
Ölkə futbolu

Avropa çempionatı: Millimizin rəqibləri bəlli oldu

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə II seçmə mərhələsinin püşkü atılıb.

 

İdmanxeber.az-ın məlumatına görə, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer adaları yığmaları ilə mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 11-17 noyabr aralığında Serbiyada keçiriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43