14 İyun 2026
Ölkə futbolu

“Şamaxı”dan növbəti transfer

“Şamaxı” daha bir futbolçu ilə anlaşıb.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 yığma komandasının üzvü növbəti iki mövsüm “Şamaxı”nın formasını geyinəcək.

Ceyhun Bağırzadə son olaraq “Qəbələ”nin əvəzedici heyətində oynayıb.

Qeyd edək ki, “Şamaxı” buna qədər Emin Rüstəmov, Sənan Muradlı və Uğur Cahangirovla anlaşmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43