13 İyun 2026
Ölkə futbolu

“Sabah” braziliyalı futbolçu transfer etdi 

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib. Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43