“Mançester Siti” müdafiəçisi Yoşko Qvardiolla uzunmüddətli yeni müqavilə bağlamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi xorvatiyalı futbolçunu komandanın gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir. Məlumata görə, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.
“Şəhərlilər” yeni müqavilə ilə futbolçunun maaşını da artırmağa hazırdır. Qvardiolun xidmətində bir sıra Avropa nəhəngləri maraqlı olsa da, onun ayrılmaq niyyəti yoxdur.
Rəhbərlik yaxın həftələrdə razılaşmanı rəsmiləşdirməyə çalışacaq

