Fransanın PSJ klubu “Bavariya”nın cinah oyunçusu Maykl Oliseni heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün ilkin danışıqlara başlayıb. Almaniya nəhəngi isə Oliseni satmaq niyyətində deyil və onu komandanın əsas simalarından biri hesab edir.
Futbolçunun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Buna baxmayaraq, PSJ rəhbərliyi transferin baş tutacağına ümid edir. Oliseyə həmçinin bir neçə Avropa nəhəngi də maraq göstərir.
Yayın ən səs-küylü keçidlərindən birinin məhz bu transfer ola biləcəyi vurğulanır.

