11 İyun 2026
Ölkə futbolu

“Qarabağ” braziliyalı futbolçu ilə müqavilə uzatdı – RƏSMİ

“Qarabağ” Futbol Klubu futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43