“Aston Villa” Emiliano Martinesin mümkün gedişinə hazırlaşır. İngiltərə klubu “Parma”nın qapıçısı Sion Suzukini izləyir.
İdmanxeber.az-ın məlumatına görə, yaponiyalı qolkiper Avropanın ən perspektivli qapıçılarından biri hesab olunur. Martinesin “Yuventus”a keçəcəyi halda transfer sürətlənə bilər.
Klub artıq ilkin araşdırmalara başlayıb. Baş məşqçi Unai Emeri də futbolçunun oyununu bəyənir.
Transfer yayda reallaşa bilər.

