10 İyun 2026
Ölkə futbolu

“Şəfa” daha bir transferini reallaşdırdı

“Şəfa” daha bir transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat ximdəti məlumat yayıb.

Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə cəlb edib. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb. O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu icarə əsasında “Səbail”in də formasını geyinib.

Xatırladaq ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Şəfa”  Rauf Hüseynli və Nicat Mehbalıyevi də transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43